Göygöldə əcnəbi sürücünün meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Balçılı kəndində baş verib. Türkiyə vətəndaşı olan 61 yaşlı Söğüt Zikri Hakkı oğlu dekabrın 5-i axşam saatlarında həmin kənddə yerləşən sürücülərin istirahəti üçün nəzərdə tutulan "Türk Tır Parkı"nın ərazisində avtomobilin salonunda yatıb. Səhər saat 8 radələrində iş yoldaşı onu oyatmağa gələrkən sürücünün öldüyü aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.