Göygöl sakini minaya düşərək həyatını itirdi
14 iyul 2021 22:11 (UTC +04:00)

Göygöl sakini minaya düşərək həyatını itirdi

Göygöl sakini minaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bənövşəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüldü Ocaqquliyev Ramal Kamal oğlu Bənövşəli yaylağında mal-qara otaran zaman minaya düşüb. O, aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2358
avatar

Oxşar yazılar