Göyçay rayonunun Ləkçıplaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Məlumata görə, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Saat 20:33
Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndi ərazisində qeydə alınıb.
Yalman kənd sakini, 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlu dostları ilə birgə Yuxarı Şirvan kanalında çimərkən suda boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda meyitin tapılması üçün suda axtarış işləri aparılır.