Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - 34 yaşlı Əhmədova Malikə, 66 yaşlı Əhmədova Sədaqət, 10 yaşlı Əhmədov Turan və 6 yaşlı Əhmədzadə Zərinə zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.