Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Belə ki kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.