Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsi ərazisində baş verib.
Minik maşını yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini Əsgərov Samir Füzuli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.