Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın  kimliyi bilindi - FOTO  - YENİLƏNİB
17 iyul 2021 02:00 (UTC +04:00)

Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi bilindi - FOTO - YENİLƏNİB

0

Goranboyda yol qəzası nəticəsində ölən piyadanın şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu, Goranboy rayon sakini, 24 yaşlı Vüsalə Quliyevadır.

***

Saat 22:39

Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib, onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3834

Oxşar yazılar