28 iyul 2021 20:35 (UTC +04:00)

Goranboyda avtomobil aşdı

Goranboy rayonunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsi yaxınlığında qeydə alınıb.

Döngələrdən birində idarəetməni itirən sürücü avtomobili aşırıb. İlkin məlumata görə, qəza nəticəsində Bakı və Kürdəmir sakinləri olmaqla iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 717
avatar

Oxşar yazılar