Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus yolu keçmək istəyən Borsunlu kənd sakini 1964-cü il təvəllüdlü Tanrıverdiyev Qüdrət Həsən oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.