Goranboya dənələri  25 millimetr   olan dolu yağdı - FOTO
08 avqust 2022 06:15 (UTC +04:00)

Goranboya dənələri 25 millimetr olan dolu yağdı - FOTO

Goranboya dolu yağıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, dolu əsasən rayonun mərkəzinə və bir neçə kəndlərinə yağıb.

Təxminən 10 dəqiqə yağan dolu dənələrinin diametri 20-25 millimetr olub.

Təbiət hadisəsinin hər hansı bir fəsad törətməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, yağan güclü yağışdan sonra bəzi rayonlara sel gəlib.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

# 1869
avatar

Oxşar yazılar