Goranboy rayonunda 22 yaşlı oğlanı ilan sancıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Tatarlı kəndində baş verib.
1999-cu il təvəllüdlü kənd sakini Kazımov Məhəmməd Elmdar oğlu təsərrüfatda çalışarkən onu ilan sancıb. 22 yaşlı gənc xəstəxanaya yerləşdirilib.