Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
23 iyul, saat 20:34
Qazaxda kişi göldə batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balaçaylı kəndində göldə qeydə alınıb.
1987-ci il təvəllüdlü Anar Bayramov göldə çimən zaman boğlub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.
Hazırda 34 yaşlı kişinin meytinin axrarışları göldə davam edir.