Nərimanov rayonunda yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə "Gənclik Mall" ticarət mərkəzinin qarşısında qeydə alınıb.
1999-cu il təvəllüdlü Tağıyev Hüseyn Ağaddin oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu maşın vurub.
Sürücü piyadanı dərhal xəstəxanaya çatdırıb.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.
Nurlan Əli