Gəncədə şadlıq evinin karantin qaydalarını pozması müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində "Sevincim" şadlıq sarayının qəbul edilən normadan artıq qonaq qəbul etməsi müəyyən edilib:
"Restoran inzibatçısı (adminstrator) Elşən Hüseynov saxlanıraq rayon Polis İdarəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün inzibati həbs edilib".