Gəncədə minik maşını mağazaya çırpıldı
03 aprel 2026 06:08 (UTC +04:00)

Gəncədə minik maşını mağazaya çırpıldı

0

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə bordürə, daha sonra isə yol kənarında yerləşən qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın daxilinə girib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və mağazaya ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar