Gəncədə kişini küçənin ortasında güllələyib öldürdülər - YENİLƏNİB
16 iyun 2025 02:10 (UTC +04:00)

Gəncədə kişini küçənin ortasında güllələyib öldürdülər - YENİLƏNİB

Gəncədə 42 yaşlı kişini güllələyərək öldürən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə iyunun 15-də saat 22 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində  42 yaşlı Vüsal Əhmədov ov tüfəngi ilə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 45 yaşlı Göygöl rayon sakini Röyal Hətəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:26

Gəncədə güllələnmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun  həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar