Gecə saatlarında silsilə oğurluq edən saxlanıldı - FOTO
16 oktyabr 2021 10:56 (UTC +04:00)

Gecə saatlarında silsilə oğurluq edən saxlanıldı - FOTO

Masallıda gecə saatlarında evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Ətcələr kəndində yerləşən yaşayış evlərindən birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı və müxtəlif sənədlərin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılıb.

F.Həbibovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxsin 2 mağazadan gecə saatlarında ümumlikdə 275 manat nağd pul və əlavə olaraq tütün məmulatları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281
avatar

Mehman Nəbiyev

Oxşar yazılar