Füzulidə şirkət maşınlarının təkərləri oğurlandı
24 avqust 2023 14:39 (UTC +04:00)

Füzulidə şirkət maşınlarının təkərləri oğurlandı

0

Füzulidə şirkətə məxsus yük maşınlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlanıb.

Avqustun 22-də Füzuli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1814

Oxşar yazılar