Bakı şəhərinin Xəzər rayonu ərazisində quyuda itin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.
Daxil olmuş məlumatla bağlı FHN-nin xilasediciləri hadisə yerinə cəlb olunub və su quyusunda qalan iti xilas ediblər.