FHN maye qazdoldurma məntəqəsini bağladı - VİDEO
26 noyabr 2022 16:25 (UTC +04:00)

FHN maye qazdoldurma məntəqəsini bağladı - VİDEO

Tovuzda maye qazdoldurma məntəqəsində yoxlama keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən rayonun Qovlar kəndi, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

 - obyekt yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ildırımın təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatların yerlə birləşdirilməsi təmin olunmayıb;

- sıxılmış maye qaz balonlarının saxlanılması “Təzyiq altında işləyən tutumların (qabların) quruluşu və təhlükəsiz istismarı qaydaları”nın tələblərinə cavab vermir;

- partlayış təhlükəli stansiya otaqlarında, sıxılmış qaz və yanar qaz balonları saxlanılan otaqda hava-qaz qatılığının partlayış həddini bildirən siqnalizasiya cihazı quraşdırılmayıb;

- yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında təhlükəsizlik lövhəcikləri yerləşdirilməyib;

- obyektin istismar edilməsi Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən maye qazdoldurma məntəqəsi və qaz cihazlarının təmiri sexində işlərin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin sahibi Abdıyev Şahmurad Abbas oğluna təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10