Milli İstihbarat Təşkilatı Fətullahçı Terror Təşkilatının (FETÖ) hazırkı maliyyə strukturuna daxil olan Mehmet Cintosunu xaricdə keçirdiyi əməliyyatla yaxalayaraq Türkiyəyə gətirib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, silahlı terror təşkilatına üzv olduğu üçün barəsində həbs qərarı verilən Cintosun 1995-2014-cü illər arasında FETÖ-nün Azərbaycan təşkilatında rəhbər olub.
Cintosun 2014-cü ildə Türkiyəyə qayıdıb və 15 iyul çevriliş cəhdindən sonra xaricə qaçıb. Təşkilat fəaliyyətini xaricdə davam etdirən Cintosunun ölkədə fəaliyyət göstərən FETÖ üzvlərinə təşkilata bağlı kuryerlər vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilib.