Fərariliyə görə həbs olunmuşdu, çıxıb bankomatı sındırdı
04 sentyabr 2024 16:21 (UTC +04:00)

Fərariliyə görə həbs olunmuşdu, çıxıb bankomatı sındırdı

Bakıda bankomat sındırılıb.

Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Nəsimi rayonu ərazisində baş verib. Naməlum şəxs banklardan birinə məxsus bankomatı daş parçası ilə sındırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Qismət İbadov saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Q. İbadov bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 334-cü (fərarilik) maddələri ilə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar