Noyabrın 7-də Cəlilabad rayon ərazisindəki evlərin birindən 4000 manat pul, 2800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.