Göyçay rayonu, Bəydövül kənd sakini 32 yaşlı Hacıyev Amid Soltanhəmid oğlu iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.
Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.