Sabirabadda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Cavad kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli evin (divarları taxta, saman və doldurma palçıq, tavanı qamış konstruksiyadan ibarət) dam örtüyü və tavanının yanar konstruksiyaları 150 m² sahədə, döşəməsi 40 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirindən ibarət tavanı yanıb.
Həmçinin, talvarın altında dayanan "Khazar" markalı minik avtomobili də yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.