Gəncədə döyülmə faktı qeydə alınıb.
Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
1982-ci il təvəllüdlü Əsədova Xəyalə döyülmə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Qadına tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 39 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb.Faktla bağlı àraşdırma aparılır.