Əlindəki ziyili kəsdirmək istədi, şoka düşüb ÖLDÜ
25 fevral 2025 16:34 (UTC +04:00)

Əlindəki ziyili kəsdirmək istədi, şoka düşüb ÖLDÜ

Əlində olan ziyilə bənzər şişləri götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə vəfat edib.

Lent.az "oxu.az"a istinadən xəbər verir ki, Türkan Balakişizadə narkozun təsirindən anafilaktik şok keçirib.

Qeyd edək ki, o, fevralın 10-da əlində yaranmış şişləri götürmək üçün xəstəxanaya müraciət edib, müayinələrdən keçdikdən sonra əməliyyat edilmək üçün narkoz verilib. Nəticədə anafilaktik şok keçirib və koma vəziyyətinə düşüb.

Koma vəziyyətinə düşən Türkan Balakişizadə fevralın 23-də vəfat edib.

Onun dəqiq ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Məlumat üçün bildirək ki, T.Balakişizadə əslən Kəlbəcər rayonundan olsa da, Gəncə şəhərində yaşayıb. Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar