Pələnglər məbədə gedən mömini parçaladı
25 fevral 2025 15:58 (UTC +04:00)

Pələnglər məbədə gedən mömini parçaladı

Hindistanın Ranthambore Milli Parkında məbədə gedən mömini pələnglər parçalayıblar.

Lent.az xəbər verir ki, bu barədə məlumatı yerli “Times of India” qəzeti yayıb.

Nəşrin məlumatına görə, hadisə fevralın 20-də baş verib. 31 yaşlı yerli sakin Ranthamborda yerləşən Kaçida Mata məbədinə gedirmiş. Yolda o, pələnglərin hücumuna məruz qalıb. Onun səpələnmiş qalıqlarını fevralın 22-də məbədə gedən yolda sakinlər tapıblar.

Polis və ekspertlər hələlik kişinin ölümünün dəqiq səbəbini açıqlamayıblar, lakin aldığı xəsarətlər onun pələng tərəfindən öldürüldüyünə işarə edir. Qeyd olunur ki. bu ərazidə pələnglər tez-tez insanlara hücum edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar