Sarımsağı necə saxlamaq olar: Effektiv məsləhətlər
25 fevral 2025 13:44 (UTC +04:00)

Sarımsağı necə saxlamaq olar: Effektiv məsləhətlər

Sarımsaq hər bir mətbəxin əvəzolunmaz ulduzudur. Onun zəngin ətri və kəskin dadı bir çox dünya reseptlərinin ayrılmaz hissəsidir. Ancaq tez-tez belə hallar olur ki, əvvəlcədən alınmış sarımsaq istifadə olunmazdan əvvəl xarab olur və ya cücərməyə başlayır.

Lent.az sarımsağı saxlamağın yolları:

Bunun qarşısını almaq üçün sarımsağı düzgün saxlamağın yollarını bilmək vacibdir. 

Keyfiyyətli sarımsağı necə seçməli?

Saxlama üsullarına keçməzdən əvvəl keyfiyyətli sarımsağı necə seçəcəyinizi bilməlisiniz.Təzə sarımsaq başları sərt, möhkəm və toxunarkən bərk olmalıdır. Quru və zədəsiz qabıqla örtülü başlar üstünlük təşkil etməlidir. Yumşaq və ya nəm hissələri olan başlardan uzaq durun. Bu, xarab olmağa başladığının əlaməti ola bilər.

Hazır doğranmış və ya təmizlənmiş sarımsaq almaqdan çəkinin. Bu tip məhsullarda tez xarab olmamaq üçün konservantlar olur və sarımsağın təbii dadını itirə bilər.

Sarımsaq başlarını necə saxlamaq lazımdır?

Sarımsağın bütöv başları quru, sərin və yaxşı havalandırılan yerdə saxlanmalıdır. Bunun üçün qapaqsız səbətlər, mətbəx şkafları və ya tərəvəz saxlama qabları uyğundur. Sarımsaq rütubəti sevmir! Ona görə də plastik torbalarda və ya hava keçirməyən qablarda saxlamaq olmaz. Bir çox insan düşünür ki, sarımsağı soyuducuda saxlamaq daha yaxşıdır. Ancaq bu halda sarımsaq daha tez xarab ola bilər və cücərməyə başlaya bilər. Yalnız 2-3 gün ərzində istifadə etməyi planlaşdırırsınızsa, soyuducudan istifadə edin.

Təmizlənməmiş dişləri necə saxlamaq olar?

Əgər başdan bir neçə dişi ayırmısınızsa, amma hələ istifadə etməmisinizsə:

Bu dişləri də başlar kimi quru, yaxşı havalanan və günəş işığından uzaq bir yerdə saxlayın.
Əgər dişlərin üstündə yaşıl cücərtilər görsəniz, narahat olmayın. Sadəcə cücərtini kəsin, çünki bu hissə yeməyə bir az acı dad verə bilər.

Sarımsağı dondurmaq mümkündürmü?

Bəli, mümkündür! Bu, sarımsağı uzun müddət saxlamağın ən yaxşı yollarından biridir, xüsusilə çox sarımsaq alanda və ya onu tez istifadə edə bilmədikdə.

Sarımsağı dondurmaq üçün bir neçə üsul var:

Bütöv başlar: Pakketa və ya hava keçirməyən konteynerə qoyub dondurucuya yerləşdirin.
Təmizlənmiş dişlər: Dişləri soba qabında bir-birindən aralı düzün və sərtləşənədək dondurun. Daha sonra onları dondurucu paketinə yığın bu, yapışmağın qarşısını alır.
Doğranmış və ya əzilmiş sarımsaq: Kiçik hissələrə bölərək perqament kağızının üzərinə və ya buz qəliblərinə yerləşdirin. Dondurulduqdan sonra isə konteynerdə saxlayın.
Dondurulmuş sarımsağın teksturası bir qədər dəyişə bilər, buna görə də onu əsasən isti yeməklərdə — sup, sous və ya qızartmalarda istifadə etmək məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar