Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 43 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-averilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.