Şuşada döyüş sursatları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə növbəti tədbirlər keçirib. Bu zaman Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Şuşada tapılan silah-sursat