Dövlətə xəyanət edən Turalbəy Mehdiyevin məhkəməsi BAŞLADI
11 fevral 2026 09:00 (UTC +04:00)

Dövlətə xəyanət edən Turalbəy Mehdiyevin məhkəməsi BAŞLADI

0

Xarici təşkilatların tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işi məhkəmə baxışına verilərək, növbəti proses 17 fevrala təyin edilib. Məhkəmədə bundan sonrakı proseslərin qapalı keçirilməsinə qərar verilib.

Xatırladaq ki, Turalbəy Mehdiyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar