Bakıda daha bir məhkum həbsxanada ölüb.
Lent.az-ın məlumatına görə, Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 65 yaşlı Namazov Güloğlan Rəşid oğlu dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, G. Namazov 2012-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində bələdiyyə binasının önündə qətl törədib. O, qonşusu Əziz Lalayevi bıçaqlayıb. Ə. Lalayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.