Rusiyada 37 yaşlı kişinin təhqiredici şəkildə öldürülməsi ölkənin sosial şəbəkələrində böyük ictimai rezonansa səbəb olub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Tatarıstanın Naberejnıye Çelnı şəhərində baş verib.
Şəhər sakinin öldürülməsi və təhqir olunması faktı ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin Regional idarəsindən verilən məlumata görə, mənzillərdən birində kişi meyiti aşkar edilib. Meyitin açıq-aşkar ələ salınaraq öldürüldüyü aşkarlanıb. Ekspertiza təyin edib ki, mərhuma qarşı bıçaq və çəkicdən istifadə olunub.
Qətli törətməkdə şübhəli bilinən şəxs öldürülənin dostu olub. O, əvvəllər də məhkumluq həyatı yaşayıb. İstintaq zamanı etdiklərini etiraf edib:
“Onunla yedik-içdik. Sonra aramızda qadın üstündə mübahisə düşdü. Qısqanclıq zəminində dostuma hücum etdim, onu öldürdüm. Sonra meyitin cinsi orqanını kəsərək pəncərənin altına yığışmış itlərə atdım. İtlər penisə yaxın gəlmədi. Polislər hadisə yerinə gələndə “kəsilmiş hissə” qarın üstündə olub”.