Venesiyadan uçan təyyarə Florida sahillərində göyərtəsində iki evli cütlüklə qəzaya uğrayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Lumpkin və Beaver ailələri dostları ilə nahar etmək üçün İtaliya şəhərinə səfər edib və həmin axşam İndianaya qayıtmaqla özlərinə plan qurublar. Planlarını həyata keçirmək üçün təyyarəyə minsələr də, lakin sahildən çox uzaqda yerə çırpılaraq ölüblər. Hadisə nəticəsində təyyarədə olan bütün sərinişinlər ölüb.
Şahidlərinin zəngi ilə hadisə yerinə gələn xilasedicilər, demək olar ki, dərhal təyyarənin qalıqlarını və iki nəfərin cəsədini aşkar ediblər. Onların mərhum həyat yoldaşları bir neçə saatlıq axtarışlardan sonra tapılıb.