Dörd nəfər güllələndi: Birinin əlini  it yedi
23 oktyabr 2023 13:16 (UTC +04:00)

Dörd nəfər güllələndi: Birinin əlini it yedi

0

Mirnı şəhərində (Saxa Respublikası) güllələnən dörd nəfərdən ikisi əvvəllər məhkum olunub. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Belə ki, 42 yaşlı Yevgeni Spirikov 2014-cü ildə alimenti ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. 2020-ci ilin avqustunda 36 yaşlı Dina Zubova elektron ödəniş vasitələrindən istifadə etməklə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Ölənlərin digər ikiis - 37 yaşlı Lyudmila Aqafonova və 45 yaşlı Yevgeni Tarasov cinayət məsuliyyətinə cəlb edilməyib.

Xatırladaq ki, dördünün də meyiti oktyabrın 22-si axşam nömrəsiz evdə tapılıb. Bütün qurbanların ölüm səbəbi ov tüfəngi yaraları olub. Cəsədlərdən birini it dişləyib - it sağ qolunu və döş qəfəsinin bir hissəsini yeyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4041

Oxşar yazılar