Braziliyada bir qadın narkotik kartellərinin dəhşətli hücumuna məruz qalıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəstə üzvlərinin diri-diri basdırdığı qadın saatlarla qışqıraraq kömək istəyib.
Qadın 10 saat sonra möcüzəvi şəkildə qaça bilib. Dörd uşaq anası olan 36 yaşlı qadın yaşadığı dəhşətli hadisədən sonra məzardan necə qaçdığını polisə danışıb. Dəstənin evində gizlətdiyi narkotik və silahları itirdiyi üçün hücuma məruz qaldığını bildirən qadın iki nəfərin onu döyərək qəbiristanlığa sürüyərək diri-diri basdırdığını bildirib.
Baş verən hadisə ilə bağlı mətbuata açıqlama verən polis rəsmiləri 20 və 22 yaşlı iki şübhəlinin nəzarətə alındığını açıqlayıb.
Xəstəxanada müalicə alan qadının bir barmağının kəsilə biləcəyi qeyd edilib. Bildirilib ki, kəllə-beyin travması alan qadın reanimasiya şöbəsində müalicə olunub.