Dənizdə BOĞULUB ÖLDÜ:   meyiti aidiyyəti üzrə təhvil verilib
06 avqust 2021 23:36 (UTC +04:00)

Dənizdə BOĞULUB ÖLDÜ: meyiti aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xıdırov Aqşin Afər oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1984

Oxşar yazılar