İyulun 19-da “Şüvəlan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.