Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı -YENİLƏNİB
10 iyul 2022 18:08 (UTC +04:00)

Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapıldı -YENİLƏNİB

0

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 2007-ci il Şahbazlı Əmirxan Şahbaz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə,  Ə.Şahbazlının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. ​

***

15:32

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 2007-ci il təvəllüdlü Şahbazlı Əmirxan Şahbaz oğlunun batması barədə məlumat daxil olub.

Lent.az FHN-nin saytına istinadən bildirir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3049

Oxşar yazılar