Dənizdə 3 gənc batdı,  biri qızdır  -  YENİLƏNİB
10 iyul 2021 17:15 (UTC +04:00)

Dənizdə 3 gənc batdı, biri qızdır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. Həyata keçirilən tədbirlər nəticəsində 31 yaşlı Əliyev İbrahim Rafiq oğlu, 26 yaşlı Əliyev Asim Azər oğlu və onun həmyaşıdı Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16:59

Bakının Xəzər rayonunda qeyri-çimərlik ərazisində 3 nəfər dənizdə boğulub.

Hadisə Şüvəlan qəsəbəsi ərazisində nəzarətsiz zonada, qeyri-çimərlik ərazisində baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın Lent.az-a verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicləri hadisə yerinə cəlb olunub.

Dənizdə boğulan hər üç nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

# 6441
avatar

Oxşar yazılar