Dəhşətli cinayət:   Anasını öldürüb başını kəsdi, qazanda saxladı
25 may 2021 21:20 (UTC +04:00)

Dəhşətli cinayət: Anasını öldürüb başını kəsdi, qazanda saxladı

Pul vermədiyinə görə anasını öldürüb başını kəsdi və günlərcə qazanın içində saxladı.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, İstanbulda yaşayan 35 yaşlı Tuğçe 67 yaşlı anası Sevilay Palabıyık ilə iki gün əvvəl mübahisə edib. İddiaya görə, Tuğçe mübahisə zamanı anasını öldürməklə hədələyib. Bundan qorxan ana polisə gedərək şikayət edib. Bundan əlavə o, qonşularından birinə də qızının onu öldürəcəyindən şübhələndiyini də deyib. Ananın şikayəti əsasında Tuğçenin uzaqlaşdırma qərarı verilib.

Ancaq evə qayıdan Tuğçe  anasını öldürür. Qan donduran cinayət qonşulardan birinin şübhələnməsi ilə ortaya çıxır. Sevilay Palabıyıkdan xəbər ala bilməyən qonşusu qapını döyür. Qapını açan Tuğçe olur. Vəziyyətdən şübhələnən qonşu polisə məlumat verir. Evə gələn polislər ananın cəsədi ilə qarşılaşır. Evdəki uzun axtarışlardan sonra Palabıyıkın başı bir qazanda tapılır.

4 il əvvəl şizofreniya diaqnozu qoyulan, lakin müalicə olunmaqdan imtina edən Tuğçe anasını öldürdükdən sonra başını kəsərək mətbəxdəki qazanlardan birinin içinə qoyduğu və sonra qazanı su ilə doldurduğu müəyyən olunur. Tuğçe daha sonra anasının sol ayağını kəsib, ətini sümükdən ayıraraq başqa bir qaba qoyur.

Cinayəti törətməkdə şübhəli bilinən Tuğçe nəzarət altına alınıb. Istintaq davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar