Dayanacaqdan meyit tapıldı
18 noyabr 2022 12:54 (UTC +04:00)

Dayanacaqdan meyit tapıldı

Ağdaşda dayancaqdan kişi meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Ləki-Zərda byolunun Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Buradakı dayancaqdan 66 yaşlı kənd sakini Qasımov Umar Qasım oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Məlumata görə, U. Qasımov tüfeyli həyat tərzi keçirib, mütəmadi olaraq, spirtli içki qəbul edib.

Faktla bağlı araşdırma aparılır.

# 1740
avatar

Mehman Nəbiyev

Oxşar yazılar