Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, adı çəkilən şadlıq sarayının inzibatçısı Fariz Cəfərov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.
Yol verilən qayda pozuntusu ilə bağlı həmin şəxs 4000 manat məbləğində cərimə olunub.