Daha bir ölümlə nəticələnən  YOL QƏZASI
19 iyul 2021 13:24 (UTC +04:00)

Daha bir ölümlə nəticələnən YOL QƏZASI

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

# 1617
avatar

Oxşar yazılar