Daha bir məktəbli  qızılcadan   öldü - YENİLƏNİB
05 dekabr 2023 19:23 (UTC +04:00)

Daha bir məktəbli qızılcadan öldü - YENİLƏNİB

TƏBİB Neftçalada azyaşlının qızılcadan ölməsi ilə bağlı məlumat verib.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 10 yaşlı qız Salyan Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinə şəxsi avtomobil vasitəsilə gətirilib. 

Uşaqda həkiməqədər ölüm qeydə alınıb.

17:53

Neftçalada 10 yaşlı uşaq ölüb. 

Lent.az xəbər verir ki, Aşağı Surra kənd sakini, 10 yaşlı Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib. Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5979
avatar

Fidan İlqar

Oxşar yazılar