Daha bir bələdiyyə sədri zibilə görə CƏZALANDIRILDI
14 avqust 2023 13:07 (UTC +04:00)

Daha bir bələdiyyə sədri zibilə görə CƏZALANDIRILDI

Saatlıda sosial şəbəkələrdə paylaşılan zibilliyə görə bələdiyyə sədri məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a bildirib ki, Saatlı rayonunun Nəsimikənd kəndi ərazisində antisanitariya vəziyyətinin yaranması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb.

Vətəndaş məmnunluğunun təmin edilməsi və qeyd edilən məsələnin aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib və həmin ərazi məişət tullantılarından təmizlənib. 

Şöbə əməkdaşları tərəfindən Saatlı rayonunun Nəsimikənd kənd bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və bir daha qeyd olunan qayda pozuntusuna yol verilməməsi barədə ciddi tapşırıqlar verilib.  

Qeyd edək ki, bələdiyyə sədri barədə məişət tullantılarının qalaqlanması ilə bağlı inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə dövlət qurumuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Fidan İlqar

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03