Dağın zirvəsində qaya uçdu, turistlər altında qaldı
12 avqust 2023 09:26 (UTC +04:00)

Dağın zirvəsində qaya uçdu, turistlər altında qaldı

Kabardin-Balkarın Çerek bölgəsində turistlərin olduğu ərazidə qaya uçub, nəticədə bir neçə nəfər xəsarət alıb.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, turist qrupu dağlarda qaya uçqunu altında qalıb. Hadisə Bezengi alpinist düşərgəsinin yaxınlığında, 3500 metr yüksəklikdə baş verib.

Sankt-Peterburq sakininin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir.

Hazırda axtarış-xilasetmə əməliyyatları başlayıb. Əməliyyatlar Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ axtarış-xilasetmə dəstəsinin qüvvələri tərəfindən həyata keçirilir.

Məlumatda deyilir ki, axtarış-xilasetmə əməliyyatları üçün aviasiyadan istifadə imkanları da düşünülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2337
avatar

Oxşar yazılar