"Cruze" dərəyə aşdı, ana öldü, övladı isə...
18 noyabr 2022 10:23 (UTC +04:00)

"Cruze" dərəyə aşdı, ana öldü, övladı isə...

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində qeydə alınıb. 32 yaşlı Əkbərli Emil Rəfail oğlunun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil dərəyə aşıb. Nəticədə sərnişin olan sürücünün həyat yoldaşı 22 yaşlı Əkbərli Suğra Mirağa qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Xəstəxanaya yerləşdirilən uşaqlarını is əvəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

# 2334
avatar

Mehman Nəbiyev

Oxşar yazılar