“Crocus”dakı terrorda  ölənlərin sayı   139-a çatdı:  Üçü uşaqdır
25 mart 2024 22:44 (UTC +04:00)

“Crocus”dakı terrorda ölənlərin sayı 139-a çatdı: Üçü uşaqdır

“Crocus Siti Holl”da törədilən terror aktı qurbanlarının sayı üçü uşaq olmaqla 139 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. 

Onun sözlərinə görə, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub.

Bastrıkin 182 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri və xəsarətlər aldığını açıqlayıb.


 

# 2382
avatar

Oxşar yazılar